...

"Borussiya Dortmund" "Bavariya"ya qarşı səkkiz matçlıq məğlubiyyət seriyasına son qoyub

İdman Materials 9 Oktyabr 2022 02:32 (UTC +04:00)
"Borussiya Dortmund" "Bavariya"ya qarşı səkkiz matçlıq məğlubiyyət seriyasına son qoyub

Bakı. Trend:

"Borussiya Dortmund" komandası oktyabrın 8-də futbol üzrə Almaniya çempionatının IX turunda evdə "Bavariya" ilə 2:2 hesabı ilə heç-heçə edib.

Trend-in məlumatına görə, "Bavariya"nın heyətində qolları Leon Qoretska (33-cü dəqiqə) və Leroy Sane (53) vurub. "Borussiya" heyətində Yussufa Mukoko (74) və Antony Modest (90+5) fərqlənib. 90-cı dəqiqədə “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

“Borussiya” klubu doqquz oyunda ilk dəfə “Bavariya”ya uduzmayıb – sonuncu dəfə Dortmund komandası rəqibini 3 avqust 2019-cu ildə Almaniya Superkuboku uğrunda matçda məğlub edib (2:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti