...

Avropa Liqası: "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib

İdman Materials 21 Oktyabr 2022 04:48 (UTC +04:00)
Avropa Liqası: "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində təxirə salınmış oyun baş tutub.

Trend xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Niderlandın PSV klubunu qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu Qranit Caka 71-ci dəqiqədə vurub.

Qeyd edək ki, qrupdakı xallarının sayını 12-yə çatdıran "Arsenal" növbəti mərhələyə vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti