...

Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir

İdman Materials 25 Oktyabr 2022 16:09 (UTC +04:00)
Şahmat üzrə 12-ci dünya çempionu Bakıya gəlir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı.

Məşhur sovet və Rusiya şahmatçısı, 12-ci dünya çempionu Anatoli Karpov "Dünya çempionu" filminin təqdimatı üçün Bakıya gələcək.

Trend-in məlumatına görə, bunu bu gün şahmatçı özü TASS agentliyinə açıqlamasında deyib.

O qeyd edib ki, filmin Bakıdakı təqdimatı oktyabrın 26-da keçiriləcək.

Şahmatçı bildirib ki, bundan əvvəl filmin İsveçrədə təqdimatı keçirilsə də, ona viza verilmədiyi üçün tədbirdə iştirak edə bilməyib. Bundan başqa, filmin təqdimatı həm də İtaliyada olub.

2021-ci ildə rejissor Aleksey Sidorov tərəfindən çəkilmiş "Dünya çempionu" filmi Anatoli Karpovun 1978-ci ildə Viktor Korçnoyla dünya çempionluğu uğrunda matçı haqqında bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti