...

DÇ-2022: İspaniya milli Kosta-Rika yığmasını darmadağın edib

İdman Materials 23 Noyabr 2022 22:17 (UTC +04:00)
DÇ-2022: İspaniya milli Kosta-Rika yığmasını darmadağın edib

Bakı. Trend:

Bu gün futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatının qrup mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Trend xəbər verir ki, E qrupunda yer alan İspaniya millisi və Kosta-Rika yığması qarşılaşıblar. Oyun ispanların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:0.

Oyunda qolları Dani Olmo (11-ci dəqiqə), Marko Asensio (21), Ferran Torres (31, 54), Qavi (74), Karlos Soler (90) və Alvaro Morata (90+2) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti