...

DÇ-2022: Almaniya Kosta-Rikanı məğlub etdi, lakin qrupdan çıxa bilmədi (VİDEO)

İdman Materials 2 Dekabr 2022 00:58 (UTC +04:00)
DÇ-2022: Almaniya Kosta-Rikanı məğlub etdi, lakin qrupdan çıxa bilmədi (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Almaniya və Kosta-Rika komandaları arasında keçirilən qarşılaşmada Almaniya millisi 4:2 hesablı qələbə qazanıb.

Almaniya millisi qələbə qazanmasına baxmayaraq 4 xalla qrupda üçüncü yerdə qərarlaşıb və 1/8 final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, E qrupunda son vəziyyət belədir:

1. Yaponiya - 6 xal

2. İspaniya - 4 xal

3. Almaniya - 4 xal

4. Kosta-Rika - 3 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti