...

Şəkidəki birgə yarışlara var-gücümlə hazırlaşmışam - Gimnast Kamilla Seyidzadə

İdman Materials 9 Dekabr 2022 19:41 (UTC +04:00)
Gənc gimnast
Şəkidəki birgə yarışlara var-gücümlə hazırlaşmışam - Gimnast Kamilla Seyidzadə
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Şəki. Trend:

Şəki Olimpiya İdman Kompleksində altı gimnastika növü üzrə keçirilən birgə yarışlara uzun müddət və var-gücümlə hazırlaşmışam.

Bu barədə cümə günü Trend-ə birgə yarışlar çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışların iştirakçısı, gənc idmançı Kamilla Seyidzadə deyib.

"Əlbəttə, hər bir yarış son dərəcə vacibdir. Bugünkü performansımdan razıyam, ancaq sözsüz ki, hər zaman üzərimdə işləmək üçün səbəb var və ümid edirəm, sabah daha da yaxşı çıxış edəcəyəm", - deyə 15 yaşlı gimnast bildirib.

Kamilla Seyidzadə yarışların yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

"Təşkilatçılıq çox yaxşı, şərait və idman zalı əladır. Hər yarışı çətin hesab edirəm və onlara bütün ciddiyyətimlə yanaşıram. Gələn il böyüklər yaş qrupuna keçirəm, proqramı dəyişəcəm və ümid edirəm məndə hər şey alınacaq", - deyə Seyidzadə əlavə edib.

Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti