...

DÇ-2022: Fransa yığması İngiltərəni məğlub edərək yarımfinala çıxıb (VİDEO)

İdman Materials 11 Dekabr 2022 01:07 (UTC +04:00)
DÇ-2022: Fransa yığması İngiltərəni məğlub edərək yarımfinala çıxıb (VİDEO)

Bakı. Trend:

Fransa millisinin futbolçuları 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərə komandasını məğlub ediblər.

Trend-in məlumatına görə, "Əl-Haura" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb. Hesabı Fransa millisinin futbolçusu Orelyen Tçuameni (17-ci dəqiqə) açıb. 52-ci dəqiqədə O.Tçuameni öz cərimə meydançasında qaydanı pozdu. İngiltərə yığmasının kapitanı Harri Keyn təyin olunan penaltini qola çevirdi. Olivye Jiru Fransanın üçünçü qolunu (78) vurub.

84-cü dəqiqədə H.Keyn ikinci penaltini yerinə yetirə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti