...

FIFA bütün futbol matçlarını Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamağa çağırıb

İdman Materials 30 Dekabr 2022 22:11 (UTC +04:00)
FIFA bütün futbol matçlarını Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamağa çağırıb

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) gələn həftənin sonuna qədər bütün matçların üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamağı xahiş edib.

Trend-in məlumatına görə, bu barədə FIFA federasiyaya daxil olan bütün 211 milli assosiasiyaya müraciətində bildirib.

"FIFA bütün yarış təşkilatçılarını gələn həftəsonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır", - deyə qeyd olunub.

İngiltərə Premyer Liqası bildirib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları "Futbol Kralı"nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq və bütün oyunçular meydana qara sarğılarla daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti