Bakı. Trend:
"Mançester Yunayted" rəsmi saytında "Börnli"nin və Niderland millisinin hücumçusu Vout Veqorstu icarəyə götürdüyünü açıqlayıb.
Trend xəbər verir ki, futbolçunun “qırmızı şeytanlar”la icarə müqaviləsi cari mövsümün sonuna qədər hesablanıb.
30 yaşlı hücumçu mövsümün ilk hissəsini icarə əsasında "Beşiktaş"da keçirib. Türkiyə klubunun heyətində 18 matçda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.