...

Azərbaycanın U-21 millisi Albaniya yığmasına məğlub olub

İdman Materials 23 Mart 2023 23:08 (UTC +04:00)
Azərbaycanın U-21 millisi Albaniya yığmasına məğlub olub

Bakı. Trend:

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Trend AFFA-nın saytına istinadla xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib.

U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti