...

İspaniya La Liqası: "Real Madrid" "Vilyarreal"a məğlub olub

İdman Materials 9 Aprel 2023 01:35 (UTC +04:00)
İspaniya La Liqası: "Real Madrid" "Vilyarreal"a məğlub olub

Bakı. Trend:

İspaniya çempionatının 28-ci turu çərçivəsində "Real Madrid" futbol klubu öz meydanında "Vilyarreal"ı qəbul edib.

Trend-in məlumatına görə, qarşılaşmada hesab artıq 16-cı dəqiqədə açılıb. Qonaq komandanın müdafiəçisi Pau Torres topu öz qapısına göndərib. Fasiləyə qədər də "Vilyarreal"ın futbolçuları hesabı bərabərləşdirə biliblər. Samu Çukveze fərqlənib.

Fasilədən sonra meydan sahibləri Vinisiusun qolu sayəsində yenidən hesabda önə keçə bilib.

70-ci dəqiqədə "Vilyarreal"ın oyunçusu Xose Luis Morales topu rəqib qapısına göndərdi. Hakim oyundankənar vəziyyətə görə qolu ləğv etsə də, VAR-a baxdıqdan sonra fikrini dəyişib.

Görüşün bitməsinə 10 dəqiqə qalmış S.Çukveze dubla imza ataraq komandasına qələbə qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti