...

İngiltərə Premyer Liqası: "Arsenal" "Çelsi" üzərində qələbə qazanıb

İdman Materials 3 May 2023 02:12 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Arsenal" "Çelsi" üzərində qələbə qazanıb

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində London derbisi baş tutub.

Trend xəbər verir ki, "Arsenal" öz meydanında "Çelsi" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Arsenal"ın heyətində qolları Martin Edeqor dubl edib, daha bir qolu isə Qabriel Jezus vurub. Qonaqların heyətində yeganə qolun müəllifi isə Çekvunonso Madueke olub.

Qeyd edək ki, 34 turdan sonra "Arsenal" 78 xalla turnir cədvəlində birinci sırada, "Çelsi" isə 39 xalla 12-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti