...

Premyer Liqa: “Qarabağ” klubu “Qəbələ”ni üç cavabsız qolla məğlub edib

İdman Materials 8 May 2023 23:01 (UTC +04:00)
Premyer Liqa: “Qarabağ” klubu “Qəbələ”ni üç cavabsız qolla məğlub edib

Bakı. Trend:

“Qarabağ” – “Qəbələ” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Trend xəbər verir ki, turun sonuncu oyununda “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib.

“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Elvin Cəfərquliyev, Abdullah Zubir və Ramil Şeydayev fərqləniblər.

Ağdam klubu 84 xalla turnir cədvəlinin liderdir. “Qəbələ” 48 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Neftçi”ni (4:0), “Səbail” isə “Sumqayıt”ı (3:1) məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti