...

"Formula 1" üzrə İtaliya Qran Prisi ləğv edilib

İdman Materials 17 May 2023 23:34 (UTC +04:00)
"Formula 1" üzrə İtaliya Qran Prisi ləğv edilib

Bakı. Trend:

İtaliyanın İmola şəhərində keçirilən "Formula 1" Qran Prisi Emiliya-Romanyada pis hava şəraiti səbəbindən ləğv edilib.

Trend xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidmətindən məlumat verilib.

"İştirak edən bütün tərəflər arasında müzakirələrdən sonra Imola Qran Prisinin həftəsonu keçirilməməsi qərara alınıb. Bu, yarışın azarkeşlər, komandalar və işçi heyəti üçün təhlükəsiz keçirilə bilməməsi ilə bağlıdır. Bölgənin üzləşdiyi vəziyyəti nəzərə alaraq bu qərar düzgün və məsuliyyətlidir", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, "Formula 1" İtaliya Qran Prisi mayın 19-dan 21-dək keçirilməli idi. Ötənilki yarışın qalibi “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.

Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi mayın 26-dan 28-dək Monakoda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti