...

Bədii gimnastika üzrə Avropa çempionatının fərdi çoxnövçülük proqramı üzrə finalının ən gözəl anları (FOTO)

İdman Materials 20 May 2023 18:20 (UTC +04:00)
Bədii gimnastika üzrə Avropa çempionatının fərdi çoxnövçülük proqramı üzrə finalının ən gözəl anları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının dördüncü yarış günü keçirilir.

Trend xəbər verir ki, gimnastlar fərdi çoxnövçülük proqramı üzrə finalda (halqa, top, gürz, lent ilə hərəkətlər) yarışırlar. 24 qadın gimnastın çıxışının nəticələrinə əsasən qaliblər müəyyən ediləcək.

İdmançılar öz məharəti, iradəsi, məqsədə can atması ilə tribunalarda tamaşaçıları sevindirir.

Xatırladaq ki, saat 19:00-da böyüklərdən ibarət komandalar arasında qrup hərəkətləri üzrə təsnifat yarışı başlayacaq.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər .

Hazırda Avropa çempionatında Azərbaycan yığmasının aktivində çoxnövçülük və beş topla hərəkət proqramında iki bürünc medal var. Medalları qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qazanıb.

Trend Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının fərdi çoxnövçülük proqramı üzrə final mərhələsinin ən gözəl anlarının fotolarını oxuculara təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti