...

Bakıda fərdi çoxnövçülük üzrə qalib gimnastlar mükafatlandırılıb (FOTO)

İdman Materials 20 May 2023 19:47 (UTC +04:00)
Bakıda fərdi çoxnövçülük üzrə qalib gimnastlar mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə böyüklər arasında fərdi çoxnövçülük üzrə 39-cu Avropa çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, fəxri kürsünun ən yüksək pilləsinə Boryana Kaleyn (Bolqarıstan) qalxıb, ikinci yeri Sofiya Raffaeli (İtaliya), üçüncü yeri isə Stilyana Nikolova (Bolqarıstan) tutub.

Mükafatları Bədii gimnastika üzrə Avropa Gimnastikası Texniki Komitəsinin prezidenti Evangeliya Trikomiti, Texniki Komitənin üzvü İzabell de Kossio, Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Elnur Məmmədov təqdim ediblər.

"SmartScoring – Shooting Star" mükafatı da təqdim olunub. Bu mükafat Macarıstanlı idmançı Fanni Piqnitskiyə verilib. Mükafatı "SmartScoring" nümayəndəsi Kamran Ramazanov təqdim edib.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti