...

"Nyukasl" son 20 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

İdman Materials 23 May 2023 06:05 (UTC +04:00)
"Nyukasl" son 20 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində "Nyukasl" öz meydanında "Lester"i qəbul edib.

Trend xəbər verir ki, oyun 0:0 hesablı heç-heçə ilə bitib.

37 turdan sonra "Nyukasl" xallarının sayını 70-ə çatdırıb və turnir cədvəlində üçüncü yerdədir. Çempionatın yekunlaşmasına 1 tur qalmış beşinci yerdə olan "Liverpul"u 4 xal qabaqlayır, bununla da klub ilk dördlükdə öz yerini təmin etmiş sayılır.

"Nyukasl" 20 ildir ki, Çempionlar Liqasına vəsiqə qazana bilmirdi. Sonuncu dəfə klub Çempionlar Liqasının qrup mərhələsində 2002/2003 mövsümündə çıxış edib.

Avrokuboklara gəlincə, “Nyukasl” sonuncu dəfə 2012/2013 mövsümündə Avropa Liqasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti