...

Avstriya Qran-Pri turnirinin ilk günündə cüdoçularımız iki medal qazanıblar

İdman Materials 25 May 2023 22:29 (UTC +04:00)
Avstriya Qran-Pri turnirinin ilk günündə cüdoçularımız iki medal qazanıblar

Bakı. Trend:

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci günündə Azərbaycan millisi iki medal qazanıb.

Trend-in məlumatına görə, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxıb və onlardan ikisi mükafatçılar sırasında yer alıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Kamran Süleymanov finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzaraq gümüş medalla kifayətlənib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ispaniyalı Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.

Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti