...

PSJ Serxio Ramosun klubdan ayırılacağını açıqladı

İdman Materials 3 İyun 2023 01:35 (UTC +04:00)
PSJ Serxio Ramosun klubdan ayırılacağını açıqladı

Bakı. Trend:

Dördqat Çempionlar Liqasının və 2010-cu il dünya çempionatının qalibi ispaniyalı futbolçu Serxio Ramos cari mövsümün sonunda Fransanın "Pari Sen Jermen" klubunu tərk edəcək.

Trend-in məlumatına görə, S.Ramos 2021-ci ildən PSJ-də çıxış edib və burada ikiqat Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb. Onun müqaviləsi bu yay başa çatır.

PSJ Fransa çempionatının cari mövsümündə artıq çempionluğu təmin edib. İyunun 3-də baş tutacaq son turda Paris təmsilçisi “Klermon”la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti