...

Formula 1 İspaniya Qran-Prisinin qalibi Maks Ferstappen olub

İdman Materials 4 İyun 2023 20:50 (UTC +04:00)
Formula 1 İspaniya Qran-Prisinin qalibi Maks Ferstappen olub

Bakı. Trend:

İyunun 4-də “Red Bull” komandasından hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran-Prisinin qalibi olub.

Trend xəbər verir ki, ikinci yeri "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yeri isə onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tutub.

Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi iyunun 16-18-də Monrealda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti