Bakı. Trend:
Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2023-2024-cü illər mövsümündə I Divizion 10 komandanın
iştirakı ilə keçirilsin:
1. “Şamaxı”
2. “Qaradağ Lökbatan”
3. MOİK
4. “Mingəçevir”
5. “Zaqatala”
6. “İrəvan”
7. “İmişli”
8. “Difai Ağsu”
9. “Araz Saatlı”
10. “Karvan”
2. 2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II
Divizion təsis olunsun və aşağıdakı komandaların iştirakı ilə
keçirilsin:
1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Marxal Şəki”
7. “Şəfa Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”
Qeyd: I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan
komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş
katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun.
3. Klubların Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2023)
müvafiq dəyişikliklər təsdiq olunsun.
4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının
yayım hüququ ilə bağlı təkliflərin hazırlanması AFFA-nın baş
katibliyinə və Peşəkar Futbol Liqasına tapşırılsın.
5. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarında meydana
əvəzetmədən daxil olan 5 futbolçunun legioner olmasına məhdudiyyət
qoyulmasın.
6. 2023-2024-cü illər mövsümünün startına qədər 21 yaşı tamam
olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum
tələb olunmasın. Milli komandasının heyətində, FIFA təqvimində olan
rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış
(meydançaya çıxmış) legionerlər üçün rüsum tələb olunmasın.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün
aşağıdakı rüsum tətbiq olunsun:
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5000 (beş
min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10000 (on
min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər
üçün – 50000 (əlli min) manat
1 futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum
tələb olunmasın.
Qeyd: Yuxarıda qeyd olunan 3 kateqoriyaya daxil olan futbolçular
legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur.
Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin
rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna
verilmiş limitli legioner sayına onun əvəzedici heyətdə cəlb etdiyi
legioner futbolçuların sayı da daxildir. I Divizion klubları üçün
legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən
olunsun.
7. Klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı proqramında
xarici ölkə klublarına futbolçu transfer edən klublar üçün nəzərdə
tutulan 150 min (yüz əlli min) manat vəsaitlə bağlı klublar
tərəfindən yeni layihə hazırlanaraq AFFA, PFL və Yoxlama və Təftiş
Komitəsinə təqdim olunsun.
8. Vitali Borisov futzal üzrə Azərbaycan milli komandasının baş
məşqçisi təyin olunsun. Baş məşqçinin müqavilə müddəti 1+1 sistemi
üzrə müəyyənləşdirilsin.