...

Azərbaycan bədii gimnastika üzrə Dünya Çempionatına 2 və ya 3 gimnast göndərə biləcək

İdman Materials 6 İyul 2023 19:26 (UTC +04:00)
Azərbaycan bədii gimnastika üzrə Dünya Çempionatına 2 və ya 3 gimnast göndərə biləcək
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Valensiya şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatında Azərbaycanı iki və ya üç gimnast təmsil edə biləcək.

Trend bu barədə cümə axşamı Avropa Gimnastikasının (European Gymnastics) saytına istinadən xəbər verir.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu il 17-21 may tarixlərində Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında gimnastların bütün fərdi hərəkətlərə görə ümumi ballarını nəzərə alaraq komanda reytinqini müəyyən edib. Ən yaxşı 12 komanda bədii gimnastika üzrə Dünya Çempionatına iki və ya üç gimnast göndərə biləcək.

Bu ölkələr Azərbaycan, Bolqarıstan, Ukrayna, Almaniya, İsrail, İtaliya, İspaniya, Macarıstan, Sloveniya, Rumıniyia, Yunanıstan və Fransa olub.

Digər iştirakçı ölkələr Valensiyada keçiriləcək yarışlara bir gimnast göndərə biləcəklər.

Qeyd edək ki, Valensiya şəhərində yarışlar 2023-cü il 23-27 avqust tarixlərində keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti