...

Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar reanimasiyaya düşüb

İdman Materials 7 İyul 2023 21:38 (UTC +04:00)
Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar reanimasiyaya düşüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland futbol komandasının sabiq qapıçısı Edvin van der Sar reanimasiyaya düşüb.

Trend-in məlumatına görə, bu barədə "Ayaks" futbol klubunun mətbuat xidməti bildirib.

"Cümə günü Edvin van der Sar beyin qanaması keçirdi. Hazırda o, xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti stabildir", - deyə qeyd olunub.

Mətbuat xidmətindən bildiriblər ki, daha konkret məlumat əldə olunan kimi xəbər veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti