...

Maks Ferstappen Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi olub

İdman Materials 9 İyul 2023 20:58 (UTC +04:00)
Maks Ferstappen Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 çempionatının 2023-cü il mövsümünün onuncu mərhələsi - Böyük Britaniya Qran-Prisinin qalibi məlum olub.

Trend xəbər verir ki, “Silverstoun” avtodromunda keçirilən yarışda “Red Bull” komandasından olan niderlandlı pilot Maks Ferstappen qalib gəlib.

İkinci yeri “McLaren”dən britaniyalı Lando Norris tutub. İlk üçlüyü “Mercedes”i təmsil edən həmyerlisi Luis Hamilton qapayıb.

Ferstappen ardıcıl altıncı Qran-Prisini qazanıb. Əvvəllər pilot Amerikanın Mayami, Monako, İspaniya, Kanada və Avstriyada mərhələlərin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti