...

UEFA Azərbaycan klublarına vəsait ayırdı

İdman Materials 16 Avqust 2023 20:37 (UTC +04:00)
UEFA Azərbaycan klublarına vəsait ayırdı

Bakı. Trend:

2023/2024 mövsümündə Konfrans Liqasında iştirak edən Azərbaycan təmsilçilərinə ödəniş edilib.

Trend xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

“Qəbələ”yə 450 000, “Neftçi” və “Sabah” komandalarının hərəsinə isə 100 000 manat pul verilib.

Qeyd edək ki, bölgə təmsilçisi avrokuboklarla erkən vidalaşsa da, paytaxt klubları Konfrans Liqasında mübarizəni davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti