...

UEFA Avropa Liqası: “Qarabağ” səfərdə "Olimpiya" üzərində qələbə qazanıb

İdman Materials 24 Avqust 2023 23:58 (UTC +04:00)
UEFA Avropa Liqası: “Qarabağ” səfərdə "Olimpiya" üzərində qələbə qazanıb

Bakı. Trend:

UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən "Olimpiya"-"Qarabağ" qarşılaşması başa çatıb.

Trend-in məlumatına görə, Sloveniyada keçirilən görüş "Qarabağ"ın 2:0 qələbəsi yekunlaşıb.

Matçın 32-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Kevin Medina fərqlənib - 1:0. Oyunun 45-ci dəqiqəsində Ağdam təmsilçisindən olan Leandor Andrade topu rəqibin qapısından keçirdərək, hesabı 2:0 edib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti