...

Çempionlar Liqası: “Qalatasaray” Norveç klubu ilə qarşılaşacaq

İdman Materials 29 Avqust 2023 09:13 (UTC +04:00)
Çempionlar Liqası: “Qalatasaray” Norveç klubu ilə qarşılaşacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Trend xəbər verir ki, ilk gündə üç görüş keçiriləcək.

Türkiyə çempionu “Qalatasaray” Norveç təmsilçisi “Molde”ni sınağa çəkəcək. Səfərdə baş tutan ilk matçda minimal fərqlə qalib gələn İstanbul nəhənginin qrupa vəsiqə qazanmaq üçün doğma azarkeşləri önündə məğlub olmaması kifayət edəcək.

Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç)
İlk oyun – 3:2

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya)
İlk oyun – 1:2

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail)
İlk oyun – 0:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti