...

Millimizin hücumçusu İsveçrə klubundan ayrılır

İdman Materials 30 Avqust 2023 15:40 (UTC +04:00)
Millimizin hücumçusu İsveçrə klubundan ayrılır

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasından ayrıla bilər.

Trend xəbər verir ki, bu barədə klubun idman direktoru Bernt Haas yerli mətbuata açıqlamasında bildirib.

O, 24 yaşlı hücumçu ilə digər variantları nəzərdən keçirdiklərini bildirib.

Qeyd edək ki, 2022-ci ildən “Qrasshopper”də çıxış edən Renat Dadaşovun klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti