...

Şahruddin Məhəmmədəliyev “Qarabağ”dan gedir

İdman Materials 6 Sentyabr 2023 13:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı qapıçı Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti