...

“Qarabağ”la matçımız çətin olacaq - “Braqa”nın baş məşqçisi

İdman Materials 12 Fevral 2024 12:36 (UTC +04:00)
“Qarabağ”la matçımız çətin olacaq - “Braqa”nın baş məşqçisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Başımızı qaldırmalı, irəli baxmalıyıq.

Trend xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje deyib.

52 yaşlı mütəxəssis Portuqaliya çempionatında “Sportinq”ə 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. O, məsuliyyəti üzərinə götürüb: “Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil. Çünki Avropa Liqasında “Qarabağ”la vacib matçımız var. “Qarabağ”la matçımız çətin olacaq. Amma “Sportinq”lə görüşü unutmalı və növbəti qarşılaşmaya köklənməliyik”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti