...

ÇL-də 1/8 final mərhələsi start götürür

İdman Materials 13 Fevral 2024 11:09 (UTC +04:00)
ÇL-də 1/8 final mərhələsi start götürür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Trend xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

Turnirin son qalibi olan “Mançester Siti” səfərdə "Kopenhagen"lə üz-üzə gələcək.

“Real” isə "Leyptsiq"in qonağı olacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

13 fevral

00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Xose Maria Martines (İspaniya).

Kopenhagen, “Parken” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)

Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).

Leyptsiq, “RB Arena”

14 fevral

00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Fransisko Leteye (Fransa)

"Stadio Olimpico"

00:00. PSJ (Fransa) - "Real Sosyedad" (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya)

"Parc des Princes"

20 fevral

00:00. "İnter" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

"Cüzeppe Meazza"

00:00. PSV (Niderland) - "Borussiya" (Dortmund, Almaniya)

"Filips" stadionu

21 fevral

00:00. "Portu" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Estadio de Draqao"

00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

"Dieqo Armando Maradona" stadionu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti