...

Tarixi uğura imza atan məşqçi ilə yollar ayrılıb

İdman Materials 17 Fevral 2024 14:27 (UTC +04:00)
Tarixi uğura imza atan məşqçi ilə yollar ayrılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan Futbol Federasiyası millinin baş məşqçisi Petar Şeqrtlə yolları ayırıb.

Trend xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Mütəxəssislə müqavilə müddəti başa çatıb və məşqçi vəzifəsindən ayrılıb.

Şeqrt 2022-ci ilin yanvarından Tacikistan millisinə baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə Asiya Kubokunun 1/4 finalına yüksəlib və burada İordaniyaya 0:1 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti