...

“Qəbələ”nin baş məşqçisi İSTEFA VERDİ

İdman Materials 24 Fevral 2024 12:19 (UTC +04:00)
“Qəbələ”nin baş məşqçisi İSTEFA VERDİ

Bakı. Trend:

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.

Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” 2022-2023-cü illər mövsümündə Baxşıyevlə Azərbaycan kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti