...

“Qarabağ” futbolçularının durumuna aydınlıq gətirilib

İdman Materials 8 Mart 2024 13:53 (UTC +04:00)
“Qarabağ” futbolçularının durumuna aydınlıq gətirilib

Bakı. Trend:

Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə matçda məcburiyyətdən əvəzlənən Yasin Benzia, Leandro Andrade və Olaviyo Juninyonun vəziyyətinə aydınlıq gətirilib.

Trend xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, ilk 2 futbolçunun vəziyyəti yaxşıdır və onlarda ciddi zədə yoxdur.

Juninyo isə Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən keçəcək. Yalnız bundan sonra hücumçunun vəziyyəti aydınlıq olacaq. İlkin olaraq “sambaçı”da əzələ dartılmasının olduğu güman edilir.

Qeyd edək ki, “Bayer”lə maçtda (2:2) “Qarabağ”ın qollarını Yasin və Juninyo vurub. Hər 3 futbolçu isə ikinci hissədə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti