...

“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib (FOTO)

İdman Materials 4 Aprel 2024 18:35 (UTC +04:00)
“Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bəşəriyyət mina problemi ilə üz-üzədir. Problemin dünya birliyinin diqqətində saxlanılması, insanların mina təhlükəsinə dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi Qətnamə ilə 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir. BMT 2022-ci ildən bu günü “Təhlükəsiz yer, təhlükəsiz addım, təhlükəsiz ev” devizi altında keçirməyə başlayıb.

Trend xəbər verir kii, 4 aprel gününü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu keçirilib.

Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında “D” divizionunu 2-ci pillədə tamamlayaraq 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Vətən müharibəsindən bugünədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkənlərdən 357 nəfəri uşaq və gənc, 38 nəfəri qadınlardır.

FOTO: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti