...

Ramil Şeydayev "Kocaelispor"u tərk edib

İdman Materials 13 İyul 2024 01:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramil Şeydayev "Kocaelispor"un düşərgəsini tərk edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumatda Şeydayevin klubdan alacağı 140 min avrodan imtina etdiyi bildirilib. Nəticədə tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Ramil dünən "Kocaelispor"un keçirdiyi yoxlama matçında da yer almayıb.

Qeyd edək ki, Şeydayevin yaxın günlərdə "Neftçi" ilə müqavilə bağlaması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti