...

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

İdman Materials 14 İyul 2024 00:31 (UTC +04:00)

Bakı. Trend:

Yeni mövsüm üçün transferlərini davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan Trend-ə verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bunadək Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti