Bakı. Trend:
Macarıstanın Debretsen şəhərində Avropa Universitet Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün stolüstü tennisçilər mübarizəyə qatılıblar.
Azərbaycan millisinin 8 tennisçisi Debretsendə mübarizə aparır.
Komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman
Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə
Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Rafiq Rafiqli və Qadir
İbrahimov qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, yarışda qitənin 145 universitetinin tələbələri
müxtəlif növlərdə bacarıqlarını göstərirlər.