...

“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer edib

İdman Materials 22 İyul 2024 06:52 (UTC +04:00)
“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer edib

Bakı. Trend:

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Trend-ə verilən məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihananı transfer edib. 25 yaşlı legioner ilə 1+1 illik müqavilə bağlanılıb.

Yarımmüdafiənin hər iki cinahında oynaya bilən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır.

O, son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

Xəbər lenti

Xəbər lenti