...

Ukrayna klubu Konfrans Liqasından kənarlaşdırılıb

İdman Materials 23 İyul 2024 13:37 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın “Dnepr-1” klubu avrokuboklardan kənarlaşdırılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı UEFA verib.

Konfrans Liqasının II təsnifat mərhələsinin “Puşkaş Akademiya” ilə oyunlarında Dnepropetrovsk təmsilçisi iki texniki məğlubiyyət alacaq. Buna səbəb klubun müflisliyin astanasında olmasıdır.

Qeyd edək ki, fəaliyyətini dayandırmağa yaxın olan klub Ukrayna Premyer Liqasından da kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti