...

Paris-2024: Azərbaycan idmançılarının növbəti sınağı

İdman Materials 31 İyul 2024 07:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 31-də Azərbaycanın üç idmançısı və bir komandası "Paris-2024" Yay Olimpiya Oyunlarında yarışacaq.

Trend xəbər verir ki, bu gün cüdoçu Elcan Hacıyev ilk görüşünü keçirəcək. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Türkiyə təmsilçisi Mixael Zqankı ilə mübarizə aparacaq.

Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci matçında danimarkalı Anders Antonsenlə qarşılaşacaq. Təmsilçimiz ilk oyunda qələbə qazanıb.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Olimpiadadakı ikinci oyununu ABŞ yığmasına qarşı keçirəcək. Millimiz qrupdakı ilk matçda İspaniya kollektivinə məğlub olub.

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko isə 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Bu gün triatlonçumuz Rostislav Pevtsovun da çıxışı planlaşdırılmışdı, lakin Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən yarış yenidən təxirə salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti