Avrokuboklarda Azərbaycana 8 yer verilib

İdman Materials 25 Avqust 2024 11:05 (UTC +04:00)

Bakı. Trend:

Həndbol üzrə avrokuboklar üçün klub bölgüsü bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa Həndbol Federasiyası ölkələrin 2025/26 mövsümündəki təmsilçi sayını açıqlayıb.

Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycan 4 klub sifariş edə bilər.

Qadın həndbolunda da ölkəmizə ümumilikdə 4 yer verilib. Onlardan biri Avropa Liqası, digərləri Avropa kubokunda oynamaq imkanına malikdir. Çempionlar Liqasında isə təmsilçimiz olmayacaq.

Qeyd edək ki, 2024/25 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kubokunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti