...

Dünya çempionatında dördüncü qızıl (FOTO)

İdman Materials 22 Sentyabr 2024 15:34 (UTC +04:00)
Dünya çempionatında dördüncü qızıl (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Gimarayşda keçirilən dünya çempionatında növbəti uğuruna imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü qızıl medala sahib çıxıb.

Təmsilçilərimiz qarışıq hərəkətlər zamanı 29,080 bal toplayıblar. Onlar bu nəticə ilə Ukrayna və KXDR idmançılarını geridə qoyublar. Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü balans hərəkətləri zamanı da fəxri kürsünün ən yüksək piləsində yer alıb.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında 4 qızıl, 1 gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti