...

Yığmamız Gürcüstanla qarşılaşıb

İdman Materials 28 Sentyabr 2024 01:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşü keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti