Bakı. Trend:
İtaliyanın Venesiya şəhərində karate üzrə yeniyetmə və gənclər arasında 13-cü dünya çempionatı keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın son günü Azərbaycan karateçisi Gülay Orucova bürünc mükafat uğrunda mübarizə aparıb.
59 kq çəki dərəcəsində çıxış edən idmançı yaponiya İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, karateçimizin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.