...

Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir - DÇ-2026

İdman Materials 24 Mart 2025 12:13 (UTC +04:00)
Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir - DÇ-2026
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II tura start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçiriləcək.

G qrupunda Litva millisi Finlandiyanı, Polşa yığması Maltanı qəbul edəcək. H qrupunda Kipr seçməsi Bosniya və Herseqovinanın, Rumıniya San Marinonun qonağı olacaq. Nəhayət, K qrupunda isə Albaniya öz meydanında Andorra ilə, İngiltərə isə Latviya ilə qarşılaşacaq.

DÇ-2026-nın seçmə mərhələsi

II tur

24 mart

G qrupu

21:00 Litva - Finlandiya

23:45 Polşa - Malta

Xal durumu: Polşa - 3, Finlandiya - 3, Niderland - 0 (oyun keçirməyib), Malta - 0, Litva - 0.

H qrupu

23:45 Bosniya və Herseqovina - Kipr

23:45 San Marino - Rumıniya

Xal durumu: Kipr - 3, Bosniya və Herseqovina - 3, Avstriya - 0 (oyun keçirməyib), Rumıniya - 0, San Marino - 0.

K qrupu

23:45 İngiltərə - Latviya

23:45 Albaniya - Andorra

Xal durumu: İngiltərə - 3, Latviya - 3, Serbiya - 0 (oyun keçirməyib), Andorra - 0, Albaniya – 0.

Xəbər lenti

Xəbər lenti