Bakı. Trend:
Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək.
Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda oğlanlar arasında 10, qızlar arasında 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 (244 oğlan, 32 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə fevralın 15-də aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
U-19 Azərbaycan çempionatının supervayzeri özbəkistanlı Aleksandr Hamidov, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Veronika Şuks (Macarıstan), Dmitri Meliss (Estoniya), Mişel Buriqo Paulo (Braziliya), Pavlov Pavel Petkov (Bolqarıstan), Qo Çjan (Çin) və Bekjon Yusupov (Özbəkistan) da idarə edəcəklər.
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunacaq turnirə fevralın 9-da start veriləcək.