Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XX turun daha bir oyunu keçirilib.
Trend-in məlumatına görə, "Beşiktaş" öz meydanında "Alanyaspor"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İstanbul təmsilçisinin heyətində qolları Ozancan Kökçü və yeni transfer O Hön Qü vurublar. Qonaqlardan isə Güvən Yalçın fərqlənib.
Bu nəticə ilə xallarını 37-yə çatdıran "Beşiktaş" 5-ci pillədə yer alıb. "Alanyaspor" isə 23 xalla 10-cudur.
Qeyd edək ki, tura fevralın 9-da keçiriləcək 3 oyunla yekun vurulacaq.