Bakı. Trend:
Fransa futbol çempionatının 21-ci turunda "Pari Sen-Jermen" evdə "Marsel"i 5-0 hesabı ilə məğlub etdi.
Trend-in məlumatına görə, görüş Parisdəki "Park des Prens" stadionunda baş tutub.
"PSJ"-nin heyətində qolları Usman Dembele (12-ci və 37-ci dəqiqələr), Xviça Kvaratskheliya (66) və Li Kan İn (74) vurublar. "Marsel"in müdafiəçisi Fakundo Medina 64-cü dəqiqədə öz qapısına qol vurub.
PSJ Fransa çempionatında Marsel komandasını darmadağın etdi.