...

MMA döyüşçüsü rəqibinin qulağını dişləyərək kütləvi davaya səbəb oldu (FOTO)

İdman Materials 9 Fevral 2026 12:08 (UTC +04:00)
MMA döyüşçüsü rəqibinin qulağını dişləyərək kütləvi davaya səbəb oldu (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarışıq döyüş növləri (MMA) üzrə slovakiyalı döyüşçü Pavol Vasko Çexiyada keçirilən turnir zamanı döyüş əsnasında çexiyalı Vatslav Mikulasekin qulağını dişləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə döyüşün başlamasından bir neçə saniyə sonra baş verib. Bir müddət sonra Pavol oktagonun hüdudlarından kənara çıxıb və orada tamaşaçıların hücumuna məruz qalıb. Zalda olan şəxslərdən biri döyüşçüyə stul atıb və stul onun başına dəyib. Nəticədə slovakiyalı idmançı arenanı tələsik şəkildə tərk etmək məcburiyyətində qalıb.

Vasko ilə Mikulasek arasındakı qarşılaşma Çexiyada keçirilən turnirin əsas döyüşü olub. Qulaq dişləmə hadisəsindən sonra slovakiyalı döyüşçü diskvalifikasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti